Yağış yağacaq, güclü külək əsəcək - HAVA PROQNOZU


Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.



Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19°-dək isti, Bakıda gecə 14-16° isti, gündüz 19°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu