İsa Həbibbəyli deputat mandatından imtina edib - etməyəcəyi məsələsinə münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezident postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.
"Report"un xəbərinə görə, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələ ki müzakirə mövzusu olmadığını vurğulayıb.
Qeyd edək ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.
Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.