Ermənistanın Dövlət Komitəsi: Türk mallarına embarqoya ehtiyac yoxdur
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan Türkiyə mallarına embarqoya ehtiyac görmür.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, bu barədə parlamentdə keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, hazırda belə bir layihə yoxdur və yeni embarqonun tətbiqi müzakirə olunmur. Rüstəm Badasyan həmçinin ticarətə normal münasibət bəslədiyini qeyd edib.
Türkiyə istehsalı olan malların Ermənistan iqtisadiyyatını hər hansı təhlükə yaratma ehtimalı ilə bağlı suala Dövlət Gəlirləri Komitəsinin rəhbəri mənfi cavab verib. O, belə bir təhlükə görmədiyini vurğulayıb.
Xatırladaq ki, 2020-ci ildə Ermənistan Türkiyə mallarına embarqo elan edib. Embarqo 2022-ci il yanvarın 1-dən götürülüb. Embarqodan əvvəl Ermənistan Türkiyədən ildə 250-270 milyon dollarlıq mal idxal edirdi.