Türkiyə-Ermənistan sərhədi açılır: 630 milyonluq müqavilə imzalandı


Təxminən iyirmi gün əvvəl Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi Ermənistan-Türkiyə sərhədində Marqara gömrük postunun tikintisinin ikinci mərhələsi üçün podratçısı “Artcon” QSC ilə 630 milyon avro dəyərində müqavilə imzalayıb.



AFN.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 2021-ci ildə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində nəzərəçarpacaq irəliləyiş olmadığı bir vaxtda belə müqavilənin bağlanması ondan xəbər verir ki, bundan sonrakı prosesin sürətlə icra olunacağı gözlənilir.

Böyük ehtimalla, Ermənistan hakimiyyəti tikinti işlərini yekunlaşdıran kimi Türkiyə ilə sərhədlərin açılması prosesi başlayacaq.

Amma təbii ki, o vaxta qədər də Ermənistan qarşısına qoyulan tələbləri yerinə yetirməlidir. Bu tələblərdən ən önəmlisi isə Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu