Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
“Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər”.
Bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bildirib.
Mirzoyan hazırda bu istiqamətdə fəal iş aparıldığını bildirib.
Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.