Türkiyə və Ermənistan sərhədlərin açılmasını razılaşdırdı


Ermənistan və Türkiyə turizm mövsümü başlamazdan əvvəl sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açmağı planlaşdırır.


Türkiyəyə səfərdən qayıtmış Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 16-da hökumətin iclasında belə deyib.
Ermənistanın Türkiyəyə axtarış-xilasetmə qrupu və humanitar yardım göndərdiyini xatırladan Mirzoyan bildirib ki, rəsmi Ankara bütün bunları yüksək qiymətləndirib. “Türkiyəyə gedən erməni xilasedicilərin bu gün quru yolu ilə İrəvana qayıtması planlaşdırılır”-deyə nazir əlavə edib.
Mirzoyan Türkiyə tərəfi ilə Əlican körpüsünün birgə bərpasına dair razılığın əldə olunduğunu təsdiqləyib.
Öz növbəsində, Baş nazir Nikol Paşinyan onu da bildirib ki, Ermənistan körpünün bərpası üçün ilkin layihə hazırlayıb və bu, rəmzi addım ola bilər.
“Hərəkətlərimizin humanitar motivi olub və indi də var. Mən səslənən tənqidi iradları qətiyyən qəbuledilməz hesab edirəm. Qonşuluqdakı milyonlarla insanın dəstəyə ehtiyacı var və kimsənin buna biganə qalması qəbuledilməzdir”, - Paşinyan belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu