Ermənistan Türkiyəyə xilasedicilər göndərir


"Ermənistan zəlzələdən zərər çəkmiş ölkələrə humanitar yardımın göstərilməsi məsələsini müzakirə edir".


AFN.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan belə deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Türkiyə və Suriyaya yardım göstərməyə hazır olduğunu bəyan edib.
"Ermənistan tərəfi artıq yardım göstərməyə hazır olduğunu bəyan edib. İndi zərərçəkmiş ölkələrə humanitar yardım və xilasedicilərin göndərilməsi məsələsinə baxılır", - deyə Hunanyan bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu