Ermənistan qondarma rejimə milyardlarla pul ayırdı


Ermənistan Qarabağdakı cinayətkar rejimin maliyyələşdirilməsinə 4 milyard dram (10 milyon 184 min 149 ABŞ dolları) ayırıb.


AFN.az-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib. “Dağlıq Qarabağ” əhalisinə humanitar, sosial və psixoloji yardımın göstərilməsi mütləq zəruridir”-Paşinyan belə deyib. O, həmçinin bildirib ki, “Dağlıq Qarabağ” əhalisinə yardımın, o cümlədən beynəlxalq təşkilatların köməyi ilə göstərilməsi məsələlərinin həlli üçün Ermənistan hökumətində işçi qrupu yaradılıb.
Qeyd edək ki, Ermənistan hər il dövlət büdcəsindən Qarabağ ermənilərinə yardım adı altında qondarma rejimin saxlanılmasına və silahlandırılmasına maliyyə ayırır. Bu isə Azərbaycanın daxili işlərinə müdaxilədir. Bu, eyni zamanda, Ermənistanın milli valyutası olan dramın Qarabağda əsas tədavül vasitəsi kimi dövriyyədə qalması erməni əhalinin Azərbaycana reinteqrasiyasına mane olur.

M. Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu