Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
İrəvan sülh sazişinin imzalanması üçün Bakı ilə danışıqların təşkili xahişi ilə ATƏT-in Minsk qrupuna müraciət edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb və əlavə edib ki, respublika Azərbaycanın daha əvvəl irəli sürdüyü təkliflərə cavab verib.
"Sülh sazişinin imzalanmasından əvvəl, əlbəttə ki, bu mövzuda danışıqlar prosesi aparılmalıdır və qarşılıqlı bəyanatlar hələ ki, konkret danışıqlar prosesinə çevrilməyib, çünki hər iki ölkənin birbaşa danışıqlarda zəngin təcrübəsi yoxdur. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan ötən cümə günü bildirib ki, danışıqlar prosesi "inkişaf mərhələsindədir”.
Bundan əvvəl Ermənistan bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının şərti "Dağlıq Qarabağ”da vəziyyətin tam nizamlanması olmalıdır. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə vurğulayıb ki, 2020-ci ilin payızında "Dağlıq Qarabağ”da baş verən hərbi əməliyyatlardan sonra onun kabineti bu regionda sülh erası açmağa hazırdır.