Ermənistan-Türkiyə sərhəddi ilə bağlı razılaşma gözlənilir


Ermənistan hər an Türkiyə ilə sərhədi açmağa hazırdır.


AFN.az-ın xəbərinə görə, bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. “Biz hər an sərhədləri açmağa və münasibətləri normallaşdırmağa hazırıq”-deyə Qriqoryam bildirib. Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması perspektivlərinə toxunan Qriqoryan qeyd edib ki, müvafiq razılıq əldə olunsada dəqiq müddət göstərilməyib. “Ermənistan və Türkiyə tərəfləri bu istiqamətdə müzakirələri davam etdirirlər, ümid edirik ki, bu, ən qısa zamanda baş verəcək” - Təhlükəsizlik Şurasının katibi belə deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu