Sabah yağış yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu