“Rəşadla aramız yaxşı olub” - Bıçaqlanan şəxsin qardaşı danışdı + VİDEO

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı İskəndər Mehtiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
AFN.az xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehtiyevin yaşadığı ünvana gedib.
İ.Mehtiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib: “Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.