Adımızdan pul yığmasınlar - Rəşad Dağlının ailəsi


Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif müraciət yayıb.


O, adından TikTok-da səhifə açıldığını və pul yığıldığını qeyd edib:

“Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımızdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam”.

O bildirib ki, sözügedən profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir.

Xatırladaq ki, R. Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskəndəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, hadisə baş verən zaman İ. Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu