Xersonun müvəqqəti paytaxtı seçildi

Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib.
Vilayət administrasiyasının nümayəndəsi Aleksandr Fomin bildirib ki, müvəqqəti paytaxt kimi Ukraynanın Qeniçesk şəhəri təyin edilib.
Qeyd olunub ki, bu şəhərin seçilməsinə səbəb əsas dövlət orqanlarının burada olmasıdır.
Xatırladaq ki, dəniz limanı kimi tanınan Qeniçesk şəhərini Rusiya Silahlı Qüvvələri bu ilin 27 fevralında nəzarətə götürmüşdü.