Rus işğalçıları 200 dinc sakini oğurlayıb
Rusiya işğalçıları Ukraynanın Xerson vikayətinin Boyove kəndinin 200-ə yaxın sakinini filtrasiya tədbirləri adı altında naməlum istiqamətə aparıb.
AFN.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın yaydığı məlumatda belə deyilir.
Rusiya muzdluları deportasiya edilmiş insanların evlərində məskunlaşıblar. Baş Qərargahda qeyd edildiyi kimi, Boyove qəsəbəsinin sakinlərinin əksəriyyəti şəxsi torpaq sahələrini yerli işğalçı "idarə"nin balansına verməkdən imtina edib. O da məlumdur ki, yerli sakinlər uzun müddətdir ki, qondarma hakimiyyət tərəfindən təzyiqlərə məruz qalırlar.
Bundan əvvəl Baş Qərargah işğalçıların Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə mülki əhalinin gediş-gəlişini məhdudlaşdırdığı barədə məlumat yaymışdı.
M.Vahidli