“Taxıl müqaviləsi 1 il uzadılacaq” - Mövlud Cavuşoğlu

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu taxıl müqaviləsi ilə bağlı açıqlama verib.
Türkiyə mediası xəbər verir ki, nazir Rusiya-Ukrayna müharibəsi bitdiyi halda müqavilənin uzadılmasına ehtiyac olmayacağını deyib:
"Biz səylərimizi gücləndirərək davam etdirəcəyik. Müqavilə 120 gündən sonra daha bir il də uzadıla bilər. Ümid edirəm ki, yenidən uzadılmasına ehtiyac qalmayacaq, atəşkəs olacaq".