Ərdoğan: "Taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq"


"Taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq".


Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl müqaviləsinin həyata keçirilməsi ilə bağlı problemlərin həlli üçün təşəbbüs göstərməyə davam edir.

Türkiyə Prezidenti əmin olduğunu bildirib ki, taxıl müqaviləsi ətrafında yaranan çətinliklər konstruktiv yanaşma ilə həll olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu