Türkiyə müxalifətinin prezidentliyə namizədi odur - AÇIQLAMA


Jurnalist Fatih Portakal Türkiyə müxalifətinin prezidentliyıə vahid namizədinin müəyyənləşdiyini bildirib.


AFN.az xəbər verir ki, adıçəkilkən jurnalist altı siyasi partiyanın təmsil olunduğu masanın 9 dəfə keçirdiyi yığıncaqlarda prezidentliyə namizəd açıqlanmasa da, artıq həmin şəxslə bağlı qəti razılığa gəlindiyini yazıb. Portakal “Ankarada qaldığım 2-3 saat “Altılıq masa”sının namizədini anlamaq üçün kifayət etdi. “Altılıq masası”nın namizədi açıqca Kamal Kılıçdaroğludur. Kamal Kılıçdaroğlu, təsvir edilən namizədə uyğun bütün xüsusiyyətlərə malikdir. Onun 73 yaşı var və siyasətə qayıda bilməyəcək. Meral Akşener artıq “baş nazir olmaq istəyirəm” dedi. Aylardır Cənub-Şərqi, Şərqi Anadoluya gedən bir CHP var. Söhbət HDP-nin seçicilərinin səs verə biləcəyi bir şəxsdən gedir. Ona görə də kənardan namizəd olmadığı halda Kamal Kılıçdaroğlu 99,9 faiz altılı masanın namizədidir" - deyə juranlsit qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu