Bu bankda müştərilərə Zəm-zəm suyu təklif edilir


Dekabrin 1-də "Sberbank" Rusiyada ilk İslam maliyyəsi ofisini açıb.


AFN.az xəbər verir ki, Kazandakı İslam ofisi Rusiyada bütün şəriət qaydalarına uyğun təşkil edilən və rəsmiləşdirilən ilk şöbə olub. Ofis, digər şeylərlə yanaşı, mudaraba, yəni etibarlı aktivlərin idarə edilməsinin analoqu kimi məhsullar təklif edir. Eləcə də halal (faizsiz) investisiyaya zəmanət verir. Dizayn konsepsiyası müəllifin ornamentinə əsaslanır. Ofisdə ibadət otağı və çayxana var, burada çay, qəhvə və digər içəcəklərlə yanaşı, Məkkədəki müqəddəs bulaqdan gətirilən Zəm-zəm suyu da təklif olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu