Zelenski İrana sanksiya tətbiq etməyi təklif edib


Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı 50 il müddətinə iqtisadi sanksiyalar tətbiq etməyi təklif edib.


AFN.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib. Məlumatda bildirilir ki, Zelenski Ali Radaya təqdim etdiyi qətnamə layihəsində İran İslam Respublikasına sanksiyalar tətbiq olunmasını təklif edib.

Qətnamə layihəsində İran İslam Respublikasına qarşı 50 il müddətinə sahəvi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiq edilsi bildirilir.

Bundan əlavə Tehranla ticarət əməliyyatlarına qadağa qoyulması, habelə Ukrayna ərazisində resursların tranzitinin, uçuşların və daşımaların dayandırılması təklif edilir. Sənəddə İrana hər hansı investisiya qoyuluşuna və onun rezidentləri tərəfindən texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsinə qadağa qoyulması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu