Polşa Aİ-yə Ukraynadan məhsulların idxalını qadağan etməyi təklif edir
Polşa Avropa İttifaqına taxılla yanaşı, Ukraynadan digər ərzaq məhsullarının idxalını qadağan etməyi təklif edib.
AFN.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosu məlumat yayıb.
Radionun məlumatına görə, Aİ Ukrayna taxılının artıqlığından əziyyət çəkən ölkələrə dörd kənd təsərrüfatı məhsulunun (buğda, qarğıdalı, kolza və günəbaxan) idxalına qadağa tətbiq etməyi təklif edib. Lakin Polşa hesab edir ki, bu məhdudiyyətlər kifayət deyil.