Rusiyaya bağlı olan dini qurumlar qadağan ediləcək


Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hökumətə “Rusiyaya bağlı” dini qurumların fəaliyyətini ölkədə qadağan edən qanun layihəsini Ali Radaya təqdim etməyi tapşırıb.


AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində belə deyilir. Onun sözlərinə görə, bu barədə qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukraynadakı ayrı-ayrı dini dairələr və təcavüzkar dövlət arasında əlaqələrə dair çoxsaylı faktlara” baxılmasına dair iclasında qəbul edilib.
Zelenski hansı dini dairələrdən söhbət getdiyini söyləməyib. Lakin o, Ukrayna Pravoslav Kilsəsinin nizamnaməsinin Moskva Patriarxlığı ilə kilsə-kanonik əlaqəsinin olub-olmaması barədə ekspertizasının aparılması və lazım gəldikdə tədbir görülməsi barədə göstəriş verib.
“Biz dövlətimizin tam müstəqilliyini, xüsusilə dı mənəvi müstəqilliyini təmin edəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, Ukraynanın ruhunda imperiya qursun”- deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, son həftələr Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Pravoslav Kilsəsinin yeparxiyalarında axtarışlar aparıb.
Ukrayna Təhlükəsilik Xidməti yoxlamaların qanuna uyğun olduğunu bildirib. Qeyd edilir ki, məqsəd yeparxiyaların “Rus dünyası”nın hücrələri kimi istifadəsi, UPK-nin binalarından təcavüzkar ölkənin vətəndaşlarına sığınacaq verilməsi, qadağan olunmuş əşyaların saxlanması və insanları təxribatlardan və terror hücumlarından qorumaq üçün istifadə edilməsinə dair məlumatları yoxlamaqdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu