Kəlbəcərdə atışma- SON DƏQİQƏ


Dekabrın 7-də saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.


Bu barədə Müdafiə Nazirliyindən AFN.az-a daxil olan məlumatda bildirilir.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu