Kəlbəcərdə yük maşını dərəyə aşdı, sürücü öldü
![](https://img.milli.az/2022/11/14/1084856_0.jpg)
Kəlbəcərdə yük maşını dərəyə aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən xəbərə görə, noyabrın 14-də saat 2 radələrində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.