Zelenski:"Putin ölümdən qorxur"


Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya nüvə hücumu etməyə cəsarət edəcəyinə inanmır.


AFN.az-ın məlumatına götə, "Netflix"inn “Növbəti qonağımı təqdim etməyə ehtiyac yoxdur” adlı xüsusi proqramı üçün David Lettermana müsahibəsində V.Zelenski Putinin ölümdən qorxduğunu və həyatı sevdiyini deyib.
"Mən onu gördüm, onun yaşamaq istəyini gördüm. O, bu həyatı çox sevir. O, hətta uzun bir masa arxasında oturur, "COVID" və ya başqa bir şeyə yoluxmaqdan qorxur... Onun nüvə silahı tətbiq etməyə hazır olduğuna əmin deyiləm. Çünki o, anlayır ki, tətbiq etsə, növbəti addımlar istənilən dövlətdən ona, şəxsən onun özünə yönələ bilər”, - deyə Ukrayna Prezidenti bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu