Putin yeni il üçün hara qaçacaq? - VIDEO

Rusiya Federasiyasının prezidenti Soçidəki iqamətgahını tərk edib və daha təhlükəsiz yerdədir. O dron hücumundan qorxur və buna görə də Yeni il şənlikləri zamanı Moskvanın yaxınlığında olmaq istəmir.
AFN.az-ın UNİAN-a istinadən xəbərinə görə, rusiyalı politoloq və tarixçi Valeri Solovey öz mənbələrində qeyd edir ki, prezident 2023-cü ili Uraldan kənarda qeyd etməyə hazırlaşır: "Çünki o, Yeni il bayramında nəinki qəbulda, ümumiyyətlə, Moskvanın yaxınlığında olmaq istəmir. O, bunun təhlükəli olduğunu düşünür...", - deyə tarixçi bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, bu il 10 ildə ilk dəfə Vladimir Putinin ruslarla “düz xətt” deyilən böyük mətbuat konfransı baş tutmayacaq.