“Rusiya Türkmənistandan Azərbaycana qaz kəməri çəkməyə icazə verməyə bilər” – ŞOK AÇIQLAMA

Qərbin anti-Rusiya sanksiyaları nəticəsində Avropada enerji vəziyyətinin pisləşməsi ilə əlaqədar Türkmənistandan Bakıya transxəzər qaz kəmərinin tikintisi və Türkiyə üzərindən Avropaya daşınması perspektivləri yenidən müzakirə olunmağa başlayıb.
AFN.az-ın məlumatına görə, bu barədə rusiyalı senator Aleksandr Başkin “Астраханские новости” portalına şərhində yazıb. “Bəzi Qərb ekspertləri sevinclə əllərini ovuşduraraq bunu Avropanı Rusiya qazının asılılığından azad etməyin açarı adlandırırlar. Güman edirəm ki, bu mütəxəssislər Avropa ölkələrində indi çox az olan belə təminatlara enerji sərf edirlər. Nəzərə almaq lazımdır ki, beş Xəzəryanı dövlətin imzaladığı Xəzərin statusu haqqında sənədə əsasən, ekoloji təhlükəsizlik sahəsində həssas layihələrin həyata keçirilməsinə Xəzəryanı beşliyin bütün dövlətləri razılıq verməlidir. Xəzər dənizinin ekoloji təhlükəsizliyinə mümkün təhlükə ilə əlaqədar qaz kəmərinin sualtı hissəsinin tikintisinə öz maraqları ilə bağlı Rusiya icazə verməyə bilər.
Bundan başqa, Avrasiya qitəsində qaz axınlarının bölüşdürülməsi sxemində dəyişiklik bütün qaz bazarında və ilk növbədə qiymət mexanizmində disbalansla doludur. Eyni zamanda, Türkmənistanın iqtisadi maraqlarından narahat olmağa dəyməz. Ölkəmizin bu dost dövlətində istənilən həcmdə hasilatı Çin, Hindistan və Rusiya tam həcmdə qəbul etməyə hazırdır”-Başkin belə deyib.
M.Vahidli