İnşaat işlərinin 90 faizini özəl şirkətlər həyata keçirib
Cari ilin dekabrın 1-dək tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 67,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,4 faizini əsaslı təmir, 6,8 faizini cari təmir, 9 faizini isə digər tikinti işləri təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi inşaat işlərinin 89,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Həmin dövrdə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 794,9 milyon manatı (94 faizi) Birləşmiş Krallıq, İsveçrə, Yaponiya, ABŞ, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.