Kəmaləddin Heydərov FHN-dəki xınayaxdı mərasimi haqda: "Cavabını alacaq"


FHN-dəki xınayaxdı mərasimi ilə bağlı məlumat vermişdik.


Xatırladaq ki, sosial şəbəkələrdə FHN Yanğından Mühafizə Xidmətində kabinetlərdən birində xanım əməkdaşların iştirakı ilə xınayaxdı mərasiminin keçirilməsini əks etdirən video yayılıb. Videodakı xanımlardan bəzilərinin qurumda şöbə müdiri vəzifəsində çalışdığı bildirilir.

Müzakirələrə səbəb olan videoya fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da münasibət bildirib. Nazir “unikal.az”a açıqlamasında görüntüləri normal qarşıladığını bildirib: “Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu