FHN-də bu dəfə xınayaxdı mərasimi keçirildi: ŞOK GÖRÜNTÜLƏR+VİDEO

Bir müddət əvvəl kabinetlərində intim videolar çəkilməsilə gündəmə gələn Fövqəladə Hallar Nazirliyi bu dəfə xınayaxdı mərasimi ilə diqqət mərkəzindədir.
AFN.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. FHN-in Yanğın Nəzarəti Xidmətində çəkildiyi iddia olunan videoda xanım əməkdaşlar iş yoldaşlarının xınayaxdı mərasimini təşkil ediblər. İddialara görə, mərasimdə iştirak edən əməkdaşlar arasında qurumda şöbə rəisi vəzifəsini tutanlar da var. Rəsmi dövlət qurumunun kabinetində belə bir tədbirin təşkil olunması qınağa səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
FHN-də xınayaxdı