Adı Pərvin Abıyeva ilə hallanan türk müğənninin həyatı ilə bağlı ŞOK DETALLAR - FOTOLAR
Rafet El Roman adı ilə tanınan Rafet Yaşdut 25 avqust 1968-ci ildə Türkiyənin Havsa bölgəsində dünyaya gəlib. Ailəsi onu 2 yaşında ikən nənəsinə tapşıraraq, Almaniyaya gedib. Rafet ana nənəsi ilə altı yaşına qədər Ömerbey kəndində yaşayıb. O, uşaq ikən Quran dərslərinə gedib. Səsi gözəl idi deyə, ona azan və ilahilər oxutdururmuşlar. Hətta onu “Müəzzin Rafet” deyib çağırırmışlar. Balaca Rafet altı yaşında ikən Almaniyaya – ailəsinin yanına gedir. O, burada təhsil alır, həmçinin yeniyetmə yaşlarında yavaş-yavaş bəstəkarlıq etməyə başlayır. Mahnı sözləri yazır, yazdığı sözlərə mahnı bəstələyir.
Almaniyada ikən dörd il məhkəmə çəkişməsi yaşadıqdan sonra soyadını “El Roman” olaraq dəyişdirməyə nail olur. Deyilənə görə, Rafet bəy 1400-cü illərdə yaşayan ispaniyalı bir nağıl qəhrəmanı El Romanonun həyat hekayəsindən təsirləndiyi üçün özünə “El Roman” ləqəbini seçib.
20 yaşında ilk dəfə səhnədə çıxış edir. “Saarlaendischer Rundfunk” adlı radio qurumu tərəfindən 1992-ci ildə Almaniyada “ilin ən yaxşı istedadı” seçilir. 1995-ci ildə isə Türkiyədə “Gençliğin Gözyaşları” adlı ilk solo albomunu təqdim edir. O, bu alboma görə bir milyon dollardan çox gəlir əldə edir. 1998-ci ildə həm Avropada ilk solo albomunu təqdim edir, həm də məşhur aktyorlar Kemal Sunalla, Metin Akpınarla birlikdə “Propaqanda” filminə çəkilir. Bundan başqa “Dar Alanda Kısa Paslaşmalar”, “Asayiş Berkemal” və “Senin Uğruna” kimi ekran işlərində də rol alıb.
Rafetin ən böyük dinləyici kütləsi qadınlar olub. Qadınlar onu o qədər sevirmiş ki, hətta məlumatlara görə, onunla sevişmək üçün təkliflərin ardı-arası kəsilmirdi. Təqdim etdiyi bir çox albom və populyarlaşan mahnılara görə “İlin ən çox satan albomu”, “İlin ən uğurlu pop sənətçisi”, “Qızıl mükafat” kimi mükafatlara layiq görülüb. Onun dillər əzbəri olan “Kumsaldaki izler”, “Seni seviyorum”, “Beni affeder misin”, “Kalbine sürgün”, “Bana sen lazımsın”, “Hanımeli” və s. kimi mahnıları var.
Romantik müğənni hesab edilən Rafet heç zaman şəxsi həyatını medianın gözündən gizlədə bilməyib. Müğənninin ətrafında xeyli qızların olub. 1996-ci ildə həmin qızlar arasından isə sənətçi model Tuğba Altıntopu seçir və ailə qurur. Cütlüyün bu nikahdan Su və Şevval adlı iki qız övladları var. Rafet evliliyini davam etdirə bilmədiyi üçün 2002-ci ildə, yəni qızı Şevvalın doğulduğu ildə Tuğbadan boşanıb. Müğənni sevgilisi Yeşim Eryıldırım ilə yeni münasibətə başlayır. Bu izdivacdan da onların 2010-cu ildə Edvan adlı bir oğlu olur.
Döyüldüyünü iddia edən Tuğba Altıntop illər sonra jurnalistlərə açıqlamasında yaşadıqlarına belə aydınlıq gətirib: “Evli olduğumuz bir zamanda mensturasiya olmadım. Həkimin yanına müayinəyə gedəndə mənə hamilə olduğumu söylədi. Rafetə bu müjdəni verəndə mənə bətnimdəki körpənin ondan olmadığını dedi. DNA testi istədi: təəccübləndim, yıxıldım. Həkimin yanına gedəndə körpənin böyüməsini və məhkəmə qərarının olmasını tələb etdi. Sonra yenə müayinə edəndə öyrəndim ki, sən demə, hamilə deyiləm və bu, kista imiş. Ancaq Rafet qəribə hərəkətlər etməyə başladı. Hər dəfə evə gələndə mənə “Gözünü bağla, kimlərləsə yatdığını düşün. Mənim də kimlərləsə sevişdiyimi düşün” deyirdi. İyrənirdim. O biri otağa girib, qapını bağlayıb ağlayırdım. Bir dəfə evə qonaq gələn rəfiqəmə çirkin təklif etdi. “İstəyirsənsə, bu gecə bizimlə yat” dedi. Məni vururdu, münasibətimiz çox çirkinləşmişdi”.
Təbii ki, bu xəbər şou-biznes gündəminə bomba kimi düşmüşdü. Lakin Rafet El Roman bununla bağlı təkzib verirdi.
Bir maraqlı fakt: O dövrdə mətbuatda sızdırılan məlumatlara görə, Rafetin adı azərbaycanlı aparıcı Kamilə Babayeva ilə də hallanmışdı. Hətta müğənninin Kamiləyə görə Tuğbadan boşandığı deyilirdi. Bunun nə qədər doğru olduğunu deyə bilmərik, ancaq Rafetin məşhur “Seni seviyorum” mahnısını aparıcıya həsr etdiyi də yayılan xəbərlər arasında idi.
Yeni münasibətlərə doymayan Rafet 2014-cü ildə Ceren Kaplakarslan ilə Almaniyada evlənir. Bu münasibəti də 2017-ci ildə isə boşanmaqla sonlanır. İfaçı eşq həyatında daha çox aktrisa və modellərlə və özündən yaşca qat-qat kiçik qızlara üstünlük verib. Hətta 2020-ci ildə özündən 25 yaş kiçik bir qadının sosial şəbəkə hesabına göndərdiyi qeyri-etik mesajlarla gündəmə gəlmişdi. Sonradan qadının həmin hesabının saxta olduğu da üzə çıxmışdı.
Bundan başqa, 2017-ci ildə Türkiyə mətbuatında yayılan məlumatlara görə, müğənni Bakıda aktrisa Pərvin Abıyeva ilə görüntülənib. Bu xəbər tək Azərbaycanda yox, Türkiyə şou-biznesinin gündəmində müzakirələrə səbəb olmuşdu. Ancaq aktrisa yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini və müğənni ilə sadəcə dost münasibətinin olduğunu demişdi.
54 yaşlı Rafet El Roman özünəməxsus stili və xarizmanı qoruyub saxlayan məşhurlardandır. O, Bakını sevdiyini, bu şəhərdən zövq aldığını hər gəlişində etiraf edir. Elə ötən ay Bakı səhnəsindən etiraf etdi. “Çok seviyorum” – dedi. Səhnədə öz hitləri ilə birgə milli mahnılarımızı da oxudu və bununla da Azərbaycana sevgisinin nə qədər böyük olduğunu göstərmiş oldu.
Lent.az