Cənubi Koreyalı K-pop ulduzu Park Bo Ram 30 yaşında vəfat etdi
Hamamda huşsuz vəziyyətdə tapılan Cənubi Koreyalı 30 yaşlı K-pop ulduzu Park Bo Ram xəstəxanada dünyasını dəyişib.
30 yaşlı pop ulduzun dostunun evində hamamda huşsuz vəziyyətdə tapıldığı açıqlanıb.
Ramın ölümündən bir neçə saat əvvəl dostunun evində keçirilən tədbirə qatıldığı və iki dostu ilə içki içdiyi müəyyən edilib. Axşam saat 21:55 radələrində Ram hamama girib və oradan çıxmayanda dostları narahat olub, onu yoxlamağa gediblər. Qapını açanda məşhur müğənnini huşsuz vəziyyətdə görüblər.
Park Bo Ram 2010-cu ildə 17 yaşında ikən qatıldığı mahnı müsabiqəsində diqqət çəkib və 2014-cü ildə reper Ziko ilə birlikdə "Beautiful" adlı sinqlı çıxarıb.
O vaxtdan bəri 2014 "Gaon Chart Music Awards"dan "İlin Artisti" mükafatı da daxil olmaqla bir çox mükafat qazanıb.
Onların ən diqqətəlayiq mahnıları "Hyehwadong" və "Please Say Something, Even Though It Is a Life" olub.