Zelenskiyə Fransanın ali mükafatı verildi

Ukrayna prezidenti Vladimir Zelenski Fransanın ali mükafatına layiq görülüb. Fəxri Legion ordeni V.Zelenskiyə Fransa prezidenti Emmanuel Makron tərəfindən şəxsən təqdim edilib.
"Ukraynaya və onun xalqına hörmətimi bildirirəm. Hörmətli Vladimir, cəsarət və sədaqətinizə görə sizə hörmət edirəm" , - dövlət başçısı belə deyib.
Qeyd edək ki, Fəxri Legion Fransada prezident tərəfindən hərbi və ya mülki xidmətlərə görə verilən ən yüksək mükafatdır.
M.Vahidli