BBC-nin Hindistan ofislərində axtarış aparılıb


BBC-nin Yeni Dehli və Mumbay ofislərində axtarış aparılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, atarışlar Britaniya televiziyasının Hindistanın baş naziri Narendra Modini tənqid edən sənədli filmini yayımlamasından bir neçə həftə sonra başlayıb. Telekanal hakimiyyətlə "tam əməkdaşlıq etdiyini" bəyan edib. "Ümid edirik ki, bu vəziyyət ən qısa zamanda həll olunacaq", - KİV-in qısa məlumatında əlavə edilib.

Sənədli film yalnız Böyük Britaniyada yayımlansa da, Hindistan hökuməti "Hindistan: Modi sualı" adlı ekran işini internetdə paylaşan insanlara mane olmağa çalışıb və bunu "müstəmləkəçilik düşüncəsi" ilə "düşmən təbliğatı və Hindistan əleyhinə zibil" adlandırıb.

Film baş nazirin 2002-ci ildə Qucaratda rəhbərlik edərkən, müsəlmanlara qarşı zorakılıqdakı rolundan bəhs edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu