Çin təqvimi 2023: uşağın cinsiyyətini necə hesablamaq olar?

Çin təqvimi Çinin xüsusi günlərini, eləcə də Günəş və Ayın hərəkətlərini nəzərə alaraq hazırlanıb.
AFN.az xəbər verir ki, bir çox məqsədlər üçün istifadə edilən Çin təqvimində 12 illik dövrə istifadə olunur və hər dövr 5 dəfə təkrarlanır. Çin təqviminin diqqət çəkən xüsusiyyətlərindən biri də 1 ilin bizim istifadə etdiyimiz təqvimdən 11 gün qısa olmasıdır. Təqvim hamiləlik zamanı körpənin cinsiyyətini proqnozlaşdırmaqla mümkün nəticəni göstərir.
Çin təqvimi ilə cinsin hesablanması Çində qədim bir ənənədir. Çin təqvimi ilə cinsin hesablanması üsulu hamiləlik dövründə qadınlar tərəfindən körpənin cinsiyyətini proqnozlaşdırmaq və planlaşdırmaq üçün istifadə olunur. Çin təqvimi ilə hesablamaq üçün yaşınızı və hamilə olduğunuz ayı bilmək lazımdır. Bu məlumatla körpənizin ehtimal olunan cinsini öyrənə bilərsiniz.
Hər bir insanın biologiyası fərqli olduğundan və cinsi təyinetmə prosesi kifayət qədər mürəkkəb olduğundan, nəticələr tam dəqiq olmaya bilər. Odur ki, Çin təqviminin əyləncə üçün və ya sadəcə marağı təmin etmək üçün istifadə edilməsi tövsiyə olunur. Qəti nəticələr əldə etmək üçün isə təbii ki, tibbi testlər və müayinələr lazımdır.
Çin təqvimi ilə cinsiyyətin təxmin edilməsi qaydasına BURADAN baxa bilərsiniz.