Məşhur modelin şübhəli ölümü: intihar etdiyi deyilsə də, polis qətldən şübhələnir


Amerikalı model Ceff Tomas 35 yaşında evinin qarşısında ölü tapılıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, polis intihar etdiyi bildirilən modelin ölümü ilə bağlı araşdırmalara başlayıb. Məşhur model Ceff Tomasın ABŞ-ın Mayami şəhərində yaşadığı mənzilin eyvanından yıxılaraq dünyasını dəyişdiyi iddia edilib. Polis Tomasın ilk növbədə intihar etdiyi qənaətinə gəlsə də, araşdırmalardan sonra hadisə şübhəli hesab edilib. Hazırda qətl ehtimalı üzrə də araşdırma aparılır.

Tomasın dəqiq ölüm səbəbi yarılmadan sonra məlum olacaq.

AMCK Model Agentliyində işləyən Tomas həm də aktyor kimi fəaliyyət göstərirdi. Agentlik hadisə ilə bağlı şərh verməkdən imtina edib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu