Bonsai qəbul edən qağayılar psixopata çevrildilər - OLAY


Böyük Britaniyada təəccüblü hadisə baş verib. Qağayılar narkotik istifadəçilərinin anbarlarına basqın ediblər.


Hadisə şahidləri bildiriblər ki, bonsai oğurlayan qağayılar psixopata çevrilib. Quşlar Hastings, East Sussex, Margate, Kent, Clacton-on-Sea, Essex, London, Lids, Mançester və Liverpool kimi bir çox yerlərdə narkotik anbarlarına hücum edir.

"Independent" xəbər verir ki, adı açıqlanmayan britaniyalı quşun narkotik şəklində siqaret əlində getdiyini bildirib.

Xəbərdə bəzi quşların bonsai oğurladıqdan sonra "dəli olduqları", piyadalara doğru uçduqları və daha sonra yıxılaraq yerdə qaldıqları bildirilib.

Daha əvvəl bonsaidən istifadə etdiyini deyən Kevin Robertson hadisəni belə nəql edib: "Arxamızca gəlib əlimizdə olan hər şeyi aldılar. Əgər biz açıqda getsəydik, qağayılar gəlib çəkdiyimiz siqareti alıb uçub gedərdilər. Bizim üçün ən yaxşısı qapalı avtobus dayanacaqları idi. Amma o zaman da qağayılar deyəsən bizim harada olduğumuzu bilirdi".
Azad kimi təqdim edilən digər keçmiş narkoman isə "Qağayı ilə bonsai yaxşı cütlük deyil. Onları psixopatik qağayıya çevirir" - deyə olayı şərh edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu