Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb


“Hazırda Respublika Narkoloji Mərkəzində 33 788 nəfər qeydiyyatdadır. Onlar narkotik istifadəçiləridir”.


Bunu mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, qeydiyyatda olanlardan 619-u qadındır: “Yaş qruplarına gəlincə, 15-17 yaşarası 9 nəfər, 18-24 yaşarası 2 242 nəfər, 25-29 yaşarası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir”.

Direktor qeyd edib ki, son zamanlar narkotik istifadəçilərinin sayı artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu