Afrikalılar robotlarla "müharibəyə" başlayıblar


Keniyada çay toplayanlar plantasiyalarda onları əvəz etməli olan robotları məhv edirlər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, keçən il bu maşınlardan ən azı 10-u yanıb. Onların əksəriyyəti "Lipton" çay istehsalçısına məxsusdur. Şirkətə dəyən ziyan - 1,2 milyon dollar dəyərində ölçülür.

Bəzi modellərin robotları bir anda yüz işçini əvəz edə bilər və eyni zamanda çayın yığılması xərclərini kiloqramı 11 sentdən üç sentə qədər azalda bilər.

Son on il ərzində təkcə Keriço qraflığında 30 min insan işini itirib. Buna görə də yerli hökumət aqrar-sənaye təsərrüfatlarına çayın ən azı 40%-ni əllə yığmağı tövsiyə edib.

2021-ci ildə Keniya 1,2 milyard dollar dəyərində çay ixrac edib. Bu, onu Çin və Şri Lankadan sonra dünyanın üçüncü ən böyük təchizatçısına çevirib. Eyni zamanda, Keniya Şərqi Afrikada ən yüksək işsizlik səviyyəsinə malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu