Mabel Matiz və Melike Şahinin konsertləri ləğv edilib


Mükafatlandırma gecələrindən birində aldıqları mükafatları LGBTİ+-lara həsr edən Melike Şahin və Mabel Matizin Dənizli konsertləri ləğv edilib. Qərarı sosial şəbəkələrdəki paylaşımları ilə açıqlayan bələdiyyə heç bir əsas gətirməyib.


Çıxışlarına görə tənqid olunan müğənnilərin iyulda Dənizlidə keçirilməli olan konsertləri ləğv edilib. Bələdiyyənin sosial media hesabındakı paylaşımda "Bu, bizim açıq elanımızdır... İyunun 19-u və 30-da Açıq Hava Teatrında özəl şirkət tərəfindən keçiriləcək Mabel Matiz və Melike Şahinin konsertləri ləğv edili" - deyə bildirilir.

"Diva Yorgun" adlı yeni mahnısı ilə adından söz etdirən Melike Şahinin Bursadakı konserti də bələdiyyə tərəfindən ləğv edilib. Bursa Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamada, "61-ci Beynəlxalq Bursa Festivalı çərçivəsində 22 İyulda keçiriləcək Melike Şahin konserti ləğv edilib. İctimaiyyətə açıqlanacaq" - deyə qeyd edilir.

Bəs nə baş verib?

İyunun 13-də "Elle Style" mükafatlandırma mərasimində "İlin ən yaxşı Musiqiçisi" mükafatını qazanan Melike Şahin çıxışında "Bütün bacılarım, bütün azlıqlar, bilirəm ki, ağrıyan yerlərimizi şəfqətlə sarmağa gücümüz var. Mən mükafatımı layiq olduğumuz düz təbəssümlərə və ödədiyimiz qiymətə həsr edirəm" - deyə bildirib.

Eyni mərasimdə mükafat alan Mabel Matiz, "Mükafatımı Türkiyədən qorxmadan varlıqlarını hayqırmağa davam edən və bu mənada cəsarətləri ilə mənə ilham verən LGBTİ+ insanlara təqdim edirəm" - deyib. Hər iki müğənninin çıxışı ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Bu səbəbdən də konsertlərinin ləğv edilməsi tələb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu