Sifarişlə "meymun işgəncəsi" videolarını çəkib satan sadist dəstə aşkarlanıb
BBC-nin bir il davam edən araşdırması İndoneziyadan ABŞ-a qədər uzanan sadist qlobal meymun işgəncə dairəsini üzə çıxarıb.
AFN.az nəşrə istinadən xəbər verir ki,. İndoneziyada yerləşən və “sadist” adlandırılan dəstənin meymunlara işgəncə verdiyi və işgəncə görüntülərini ABŞ, İngiltərə və dünyanın digər yerlərindəki alıcılara satdığı aydın olub.
İlk olaraq Youtube-da görünən işgəncə dəstəsinin daha sonra Telegram-da özəl qruplarda fəaliyyətini davam etdirdiyi qeyd edilir.
Polis hazırda alıcıları izləyir və artıq çoxsaylı həbslər var.
BBC müxbirləri əsas Telegram işgəncə qruplarından biri kimi maskalanıb, məlum olub ki, burada yüzlərlə insan ifrat işgəncə ideyaları ilə çıxış edir və İndoneziya və digər Asiya ölkələrindən olan insanlara bu ideyaları həyata keçirməyi tapşırır.
Sadistlərin məqsədi uzunquyruqlu makaka meymunlarının balalarının istismar edildiyi, işgəncələrə məruz qaldığı və bəzən öldürüldüyü sifarişli filmlər çəkmək idi.
ABŞ-da işgəncə videolarının əsas paylayıcılarından biri olduğu bildirilən Mayk Makkartni BBC-yə mövzu ilə bağlı danışmağa razılaşıb.
"İşgəncə kralı" kimi də tanınan Makkartni Telegram-da meymun işgəncə qrupuna qatıldığı ilk anlarını izah edərək, "Sorğu vardı: çəkicdən istifadə etmək istəyirsənmi? Kəlbətin istifadə etmək istəyirsənmi? Tornavidamı istəyirsən? Ortaya çıxan video indiyə qədər gördüyüm ən qəribə şey idi".
Daha əvvəl bir müddət həbsxanada olduğunu deyən Makkartni "Narkotikdən qazanılan puldan heç bir fərqi yoxdur. Narkotik pulu çirkli əllərdən, bu pul qanlı əllərdən gəlir" deyib.