Taliban üzvləri caiz deyil deyərək musiqi alətlərini balta ilə doğradılar - VİDEO


Əfqanıstanda hakimiyyəti ələ keçirən taliblərin balta ilə zərb aləti və qarmonu sındırdığı anlar sosial mediada gündəm olub.


Ölkəni idarə etməyə başladıqlarından qəbul etdikləri insan hüquq və azadlıqlarına zidd qərarları ilə gündəm olan taliblər bu dəfə musiqi alətlərinə hücum ediblər. Taliban üzvləri Əfqanıstanda caiz olmadığını əsas gətirərək zərb aləti və qarmonu balta ilə sındırıblar. Həmin anların videosu sosial mediada gündəm olub.

Taliban Əfqanıstanı ələ keçirərkən bu ölkədə musiqini qadağan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu