G7 "Taliban"ın qızların təhsilinə qadağa qərarını müzakirə edəcək


Almaniyanın xarici işlər naziri Annalena Berbok “Taliban”ın Əfqanıstanda qadın müəllimləri və ibtidai sinif şagirdləri olan qızları məktəblərə buraxmamaq qərarını qətiyyətlə pisləyib.


Azpost.info xəbər verir ki, XİN rəhbəri sabah bu məsələni G7-də gündəmə gətirəcəyini qeyd edib.

“Taliban” Əfqanıstanda qızların və qadınların gələcəyini məhv etməklə ölkənin gələcəyini məhv etmək qərarına gəlib. Sabah mən bu məsələni G7-nin gündəliyinə daxil edəcəm", – deyə Berbok “Tviter” hesabında yazıb.

O əlavə edib ki, “Taliban” qadınları görünməz etməyə çalışa bilər, lakin buna nail ola bilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu