Twitter-in loqosu dəyişdi

“Twitter” sosial media platformasının “quş” şəkilli loqosu “X” hərfi ilə əvəzlənib.
AFN.az xəbər verir ki, platformanın sahibi İlon Mask Twitter-in loqosunun dəyişdiriləcəyini açıqlamışdı. Bu gündən etibarən platformanın mavi quş loqosu "X" oldu.
Artıq yeni loqo şirkətin Kaliforniyadakı baş qərargahında proyeksiya edilib.