“Twitter”in yeni CEO-su müəyyənləşib


"NBC Universal"ın keçmiş satış direktoru Linda Yakkarino Twitter-in yeni baş direktoru təyin olunub.


AFN.az xəbər verir ki, Twitter-in sahibi Elon Musk bu gün sosial media səhifəsində Twitter-in yeni CEO-su kimi Linda Yakkarino-nu salamlamaqdan şad olduğunu açıqlayıb.

Şirkətin rəhbərliyində dəyişiklik çoxdan bilinirdi. Ötən ilin sonunda Twitter-in satın alınmasından sonra İlon Mask işçilərin kütləvi şəkildə ixtisar edilməsinə görə ciddi tənqid olunmuşdu. Nəticədə dekabrda istifadəçilər onun istefasına səs veriblər.

Düzdür milyarderin özü heç işdən çıxmaq fikrində deyil. O, şirkətin texniki direktoru və direktorlar şurasının sədri olaraq qalacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu