Mərakeşdə ağır qəza: 24 nəfər öldü

Mərakeşin mərkəzi hissəsində yerləşən Azilal əyalətində baş verən yol qəzasında 24 nəfər ölüb.
Mərakeş rəsmi təşkilatı MAP-ın yerli hakimiyyət orqanlarına istinadən verdiyi xəbərə görə, Azilal əyalətinin Demnat şəhərində həftəlik küçə bazarına sərnişin daşıyan avtomobil aşıb.
Qəza nəticəsində 24 nəfər həlak olub.
Qəza ilə bağlı araşdırma başlayıb.