Bu dağdakı qar avqustun istisində belə ərimir


Türkiyədə həddindən artıq istilər müşahidə olunsa da, 3 min 170 hündürlükdə olan Kısır dağının başındakı qarın əriməməsi diqqətləri cəlb edib.


Ərdahanın Çıldır rayonundakı Kısır dağını ziyarət edən aktyor Barış Arslan gördüyü mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. O deyib ki, avqustun isti günlərində Türkiyənin hər bölgəsi yanan bir vaxtda Kısır dağı əriməmiş qarı və soyuq suları ilə təbii soyuducu anbarı xatırladır.

"Biz indi Ərdahanda Kısır dağındayıq. Olduğumuz ərazinin dəniz səviyyəsindən hündürlüyü 2 min 870 metrdir. İddia edirəm ki, yanında olduğumuz krandan gələn su Türkiyənin ən soyuq suyudur. Avqust ayında da dağdakı qar əriməyib. Bu yer təbii soyuducu anbar kimidir" - deyə aktyor qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu