Türkiyənin ən soyuq gecəsi: mənfi 20,2 dərəcə
Bolu bu gecə Türkiyənin ən soyuq əyaləti olaraq qeyd edilib.
Türkiyə Meteorologiya qurumunun 1700 Avtomatik Meteorologiya Müşahidə Stansiyasından alınan şəhər və rayonların meteoroloji parametrlərinə görə, Bolunun Samat kəndində havanın temperaturu mənfi 20,2 dərəcə olaraq qeydə alınıb.
Türkiyənin ikinci və üçüncü ən soyuq yerləri də Boluda olub. Bolu mərkəzinin Qərbi Qara dəniz Araşdırma Meşəsində havanın temperaturu 20,1 dərəcə, Dörtdivan rayonunda isə 19 dərəcə şaxta olub.