Finlandiya və İsveçdə bu qışın ən aşağı temperaturu qeydə alınıb


Finlandiya və İsveçdə bu qışın ən aşağı temperaturu qeydə alınıb və temperatur sıfırdan təxminən 40 dərəcə şaxtaya düşüb.



İsveçin SVT telekanalının xəbərinə görə, ölkənin şimalında yerli samilərin yaşadığı Nikkaluokta kəndində termometrlər 41,6 dərəcə şaxta ölçüb.

Ölkənin dəmiryolçuları havaların soyuq keçməsi ilə əlaqədar dəmir yolu hərəkətində fasilələrin yarandığını qeyd ediblər.

Finlandiyanın şimal-qərbindəki Ylivieska şəhərində havanın temperaturu 37,5 dərəcə şaxta olaraq qeydə alınıb.

Finlandiya Meteorologiya İnstitutu ölkənin bir çox bölgəsində temperaturun 40 dərəcədən aşağı düşə biləcəyi barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu