Marallar Noveç-Rusiya sərhədini pozdu: 40 heyvan məhv edilib


Oslo ilə Moskva arasında maral gərginliyi yaşanıb. Sərhəddən Rusiyaya keçərək otlayıb geri qayıdan heyvanlar üçün Moskvanın Norveçdən təzminat tələb etməsi radikal qərarın qəbuluna səbəb olub. Norveç oxşar vəziyyətin bir daha təkrarlanmaması üçün maralları öldürmək qərarına gəlib.


Bir müddət əvvəl 42 şimal maralı Norveçi tərk edərək Rusiya ərazisinə keçib.

Rusiya sərhədini pozaraq otlayan marallara görə Norveçdən təxminən 7 milyon dollar təzminat tələb edib.

Norveç hökuməti ilk olaraq sərhəddəki hasarı təmir edəcəyini açıqlayıb. Sonra radikal bir qərar verib. Belə ki, ölkə rəsmiləri Rusiya ilə bir daha oxşar gərginlik yaşanmasın deyə geri qaytarılan 42 maraldan 40-nı məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu